Azərbaycanın 5 yeniyetmə cüdoçusu Tbilisidə medal qazandı

12.04.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.

Gununsesi.info xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 cüdoçusu fəxri kürsüyə yüksəlib.

Qızlar arasında 48 kq çəki dərəcəsində tatamiyə çıxan Nərmin Ağamirzadə gümüş medalla kifayətlənib. Bu çəkidə Leyla Ələkbərova isə üçüncü olub. Xədicə Abdullayeva (44 kq) da turniri bürünc medalla tamamlayıb.

Oğlanların mübarizəsində isə Rza Xəlilli (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medala sahib olublar.

Qeyd edək ki, Avropa Kubokunda 15 ölkədən 340 cüdoçu qüvvəsini sınayır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью