Azərbaycanın 6 universitetində ərəb dili tədris olunur

18.08.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

Azərbaycanın 10 ümumtəhsil məktəbində və 6 nüfuzlu universitetində ərəb dili tədris olunur.

Metbuat.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli “Ərəb dili ayı”nın açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu dil mədəni və elmi nailiyyətlərə səbəb olub və hazırda dünyada ən çox istifadə edilən dillərdəndir:

"Ərəb dili 1973-cü ildən BMT Baş Assambleyasının rəsmi dillərindən biri oldu. Bu, onun gücünü, nüfuzunu və bəşəriyyət arasında geniş yayılmasının göstəricisidir.

Bu gün burada – Kral Salman Beynəlxalq Ərəb Dili Mərkəzinin təşkil etdiyi və Bakı Dövlət Universiteti ilə Avrasiya Universitetinin ev sahibliyi etdiyi "Ərəb dili ayı" – Səudiyyə Ərəbistanının ərəb dilinə göstərdiyi diqqətin, onun yayılması və gözəlliyinin müxtəlif xalqlara tanıdılmasının açıq göstəricisidir.

Hazırda ölkədə 10 ümumtəhsil məktəbində və 6 nüfuzlu universitetdə ərəb dili tədris olunur. Biz inanırıq ki, ərəb dili mədəniyyətlər və xalqlar arasında körpü rolunu davam etdirəcək", - səfir qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью