Azərbaycanın ABŞ dəki səfiri senator Stiv Deynslə görüşüb

06.08.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim bu ölkənin Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Stiv Deynslə görüşüb.

Moderator.az xəbər verir ki, səfir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

O, görüşdə Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və regional əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrə görə senatora təşəkkürünü bildirib.

Xəzər İbrahim qeyd edib ki, söhbət zamanı senatorun bu yaxınlarda Prezident İlham Əliyevlə keçirdiyi görüş və həmin görüşdə aparılan müzakirələr də məmnunluqla xatırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью