Azərbaycanın ağırlıqqaldıranı Gürcüstanda bürünc medal qazanıb

14.07.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 iyul, AZƏRTAC

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvləri İsa Rüstəmov və Dadaş Dadaşbəyli Gürcüstanda keçirilmiş "Kakhi Cup-2025" beynəlxalq turnirində iştirak ediblər.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından AZƏRTAC-an verilən məlumata görə, İsa Rüstəmov toplamda 321 kiloqram (145+176) nəticə ilə yarışın bürünc medalını qazanıb.

Digər atletimiz Dadaş Dadaşbəyli isə ümumilikdə 392 kiloqram (184+208) nəticə ilə 6-cı olub.

Qeyd edək ki, turnirin nəticələri sinkler cədvəli ilə hesablanır və burada ilk 6 yeri tutan idmançılar medallarla təltif olunur.

Beynəlxalq turnirdə Avropa və dünyanın ən güclü atletlərindən sayılan türkiyəli Yusuf Genç və Kaan Kahriman kimi idmançılar da mübarizə aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью