Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda 3 gümüş medal qazanıblar

02.06.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 iyun, AZƏRTAC

Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Bolqarıstanın Burqas şəhərində keçirilən Dünya Kubokunda üç müxtəlif proqram üzrə yüksək nəticələr əldə ediblər.

Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, qarışıq cütlükdə Sabir Ağayev və Milana Əliyeva, kişi cütlüyündə Murad Rəfiyevlə Daniel Abbasov gümüş medala sahib çıxıblar.

Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidlidən ibarət kişi qrupu da eyni nəticəyə imza ataraq fəxri kürsünün ikinci pilləsində yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью