Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 50,2 milyon ABŞ dolları dəyərində 71,4 min ton alma göndərilib.
Bu, 2024-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 46 faiz, kəmiyyət olaraq - 35 faiz çoxdur.
Bu il son 14 ildə ilk dəfə olaraq Qvineya (22,3 min ABŞ dolları dəyərində 22,3 ton) və Liviyaya (220 min ABŞ dolları dəyərində 206 ton) tədarük həyata keçirilib.
Hesabat dövründə Rusiyaya 42,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % çoxdur) 61,2 min ton (+39 %), Türkiyəyə 2,8 milyon ABŞ dolları dəyərində 2,8 min ton (1 il bundan əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 2,3 milyon ABŞ dolları dəyərində (+18 %) 2,4 min ton (-20 %), Qazaxıstana 1,2 milyon ABŞ dolları dəyərində (-10 %) 2,9 min ton (-11 %), Özbəkistana 733 min ABŞ dolları dəyərində (-46 %) 621 ton (-60 %) məhsul satılıb.
Milli.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: Azərbaycanın alma ixracı 14 ilin rekordunu qırdı: Yeni bazarlar, artan tələbat və fermerlər üçün dəstək Dünyada ixrac payımız bir faizdir Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, 2024-cü ildə ölkəmizdə 293 min tondan artıq alma istehsal olunub.
Bunun təxminən 1/3 hissəsi xarici ölkələrə ixrac edilib, qalan məhsul isə daxili bazarda realizə olunub: "Hazırda dünya üzrə alma ixracında Azərbaycanın payı təxminən bir faizə yaxındır.
Azərbaycan almasının əsas ixrac bazarı Rusiyadır. İxrac olunan almanın 87.2%-i Rusiyanın, 4,4%-i Qazaxıstanın, 3,9%-i BƏƏ-nin, 2,4%- i Özbək