Azərbaycanın alma ixracı kəskin azalıb

27.11.2026

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 50 milyon 296 min ABŞ dolları dəyərində 61 min 602 ton alma ixrac olunub.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın alma ixracı fiziki həcm ifadəsində 20 min 194 ton və ya 24,7%, dəyər ifadəsində isə 7 milyon 133 min dollar və ya 12,4% azalıb.

2025-ci ilin ilk 10 ayında Azərbaycandan 57 milyon 429 min dollar dəyərində 81 min 796 ton alma ixrac edilmişdi.

Bununla yanaşı, ixrac olunan almanın orta statistik vahid dəyərində artım qeydə alınıb.

Marja.az-ın hesablamalarına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında ixrac olunan almanın bir tonunun orta statistik dəyəri təxminən 702 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 816 dollara yüksəlib.

Beləliklə, ixrac olunan almanın bir tonunun orta statistik dəyəri təxminən 16,3% artıb. Orta ixrac dəyərinin yüksəlməsi ixracın fiziki həcmindəki azalmanın ümumi ixrac dəyərinə təsirini qismən kompensasiya edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью