Azərbaycanın alüminium ixracından gəlirləri 23% dən çox azalıb

28.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Ötən ay Azərbaycan İnvestisiya Holdinqin idarəetməsində olan “Azəralüminium” MMC 8,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın fevral sayına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,6 milyon ABŞ dolları və ya 23,2% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirləri 245,8 milyon ABŞ dolları təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью