Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq. “Qərb ölkələrinin liderləri İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasının
Halbuki Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampı da dəvət etmişdi.
Lakin Ağ Ev rəhbəri mərasimi ölkəsinə qarşı güc nümayişi kimi qiymətləndirərək qatılmaqdan imtina etdi”, “AzPolitika” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu “Facebook” səhifəsində yazıb.Şahinoğlu qeyd edib ki, Pekindəki hərbi parad bir sıra ölkələrin narazılığına səbəb olub.
Onun sözlərinə görə, Yaponiya rəsmiləri açıq bəyanat verməsələr də, “Kiodo” agentliyi adı açıqlanmayan mənbəyə istinadla paradı “qlobal bölünmənin simvolu” adlandırıb.
Mənbə vurğulayıb ki, Çin və Rusiya yeni dünya nizamına başçılıq etmək istəyirlər.Ekspertin fikrincə, bu yanaşmada həqiqət payı var: “Moskva və Pekin soyuq müharibədən sonra ABŞ-ın formalaşdırdığı birqütblü dünyaya son qoymağa çalışırlar.
Bu məqsədlə Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS-i genişləndirir, üzv ölkələr arasında bağlılığı artırmağa çalışırlar.
Lakin onların istəkləri asanlıqla reallaşmır. Çünki bəzi ölkələr bu təşkilatlara qoşulsalar da, Qərblə əməkdaşlıqdan imtina etmirlər”.Şahino
Amma ölkəmizin Rusiya və Çinin yaratmaq istədiyi anti-Qərb blokunda yer almaq niyyəti yoxdur.