Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 iyul, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin aparıcı üzvü Marqarita Stepanenkonun yeni komandası bəlli olub.
AZƏRTAC-ın məlumatına görə, təcrübəli hücumçu yeni mövsümdə Yüksək Liqada debüt edəcək Naxçıvanın “Möminə Xatun” kollektivinə keçib.
Onunla 1 illik müqavilə imzalanıb.