Azərbaycanın aqrar və aqrarsənaye məhsulu ixracı 16% artıb

10.12.2024

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 701,7 milyon ABŞ dolları dəyərində aqrar məhsul ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın dekabr sayı üzrə açıqladığı ilkin məlumatlarda qeyd edilib.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Dövr ərzində aqrar-sənaye məhsullarının ixracı illik 58,3% artaraq 287,3 milyon ABŞ dollarına bərabər olub.

11 ayda bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9% artaraq 988,9 milyon ABŞ dolları təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью