Azərbaycanın atletləri Qazaxıstanda uğurlu çıxış ediblər

01.07.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan atletika üzrə XXXV Qosanov Memorialına yekun vurulub.

Moderator.az xəbər verir ki, Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışının ikinci günündə mübarizəyə qoşulan atletlərimiz Yekaterina Sariyeva və Rüstəm Məmmədov uğurlu çıxış ediblər.

Hər iki atletimiz üç təkanla tullanma növündə mükafatçılar sırasına düşüb. Sariyeva 13.47 metr nəticə ilə 2-ci yeri tutub. Rüstəm Məmmədov isə 15.85 metr göstərici ilə bürünc medal qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью