Azərbaycanın Avstraliyadan idxalı 888,8 dəfə artıb

18.02.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Bu ilin yanvar ayı ərzində Azərbaycana Avstraliyadan 226 milyon 661 min dollar dəyərində məhsul idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın ümumi idxalında Avstraliyanın payı 11% təşkil edib.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə Avstraliyadan idxalın həcmi dəyər ifadəsində 888,8 dəfə artıb. Belə ki, ötən ilin yanvar ayı ərzində Azərbaycana Avstraliyadan 255 min dollarlıq məhsul gətirilib ki, bu da ümumi idxalın cəmi 0,02%-ni təşkil edib.
Qeyd edək ki, Avstraliyadan Azərbaycana hansı malların idxal edilidiyi açıqlanmayıb.
Avstraliyadan Azərbaycana idxalın bu cür kəskin artmasından sonra, bu ölkə Çin və Rusiyadan sonra idxalda 3-cü əsas tərəfdaşımız olub.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью