Azərbaycanın avtomobil idxalı azalmaqda davam edir

27.11.2026

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-oktyabr aylarında 64 898 ədəd (illik müqayisədə 29 685 ədəd və ya 31,4% az) avtomobil idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtomobillərin dəyəri isə 1 milyard 289 milyon 833 min dollar təşkil edib.

Bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 503 milyon 255 min dollar və ya 28,1% azdır.

Qeyd edək ki, ötən ilin ilk 10 ayında ölkəyə 1 milyard 793 milyon 88 min dollarlıq 94 583 ədəd avtomobil idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью