Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda Subaru, Mitsubishi, Honda, Mazda, Toyota, Ford və BYD markalarının rəsmi təmsilçisi olan “Group Motors” şirkəti öz logistika şirkətini yaradır.
Marja.az-ın məlumatına görə, bunu “Group Motors” MMC-nin Marketinq direktoru Aşur Cəbiyev bildirib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
“Biz hazırda öz logistika şirkətimizi qururuq. Bu qiymətləri optimallaşdırmaq üçün atılan addımdır. Planlaşdırırıq ki, logistika xərclərini özümüz idarə edərək avtomobillərin satış qiymətlərini aşağı salaq, hər bir ailə, hər bir biznes avtomobilə sahib olsun”.
Qeyd edək ki, “Group Motors” şirkətinin Azərbaycanın 4 bölgəsində - Bakıda, Gəncədə, Lənkəranda və Horadizdə satış və servis mərkəzi fəaliyyət göstərir.