Azərbaycanın “Azeri Light” (CIF) markalı nefti ucuzlaşıb

02.05.2025

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,37 ABŞ dolları və ya 2,1% azalaraq 63,76 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 65,13 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью