Azərbaycanın balıqçılıq şirkətlərindən biri ləğv edilə bilər

25.11.2026

Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçala Balıq-Əmtəə” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğv edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq.

Marja.az xəbər verir ki, 28 dekabr 2026-cı il tarixində, saat 11:00-da “Neftçala Balıq-Əmtəə” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Səhmdarların ümumi yığıncağının 12 iyul 2022-ci il tarixli qərarlarının və onların nəticələrinin ləğv edilməsi;

- Cəmiyyətin 2025-ci il üzrə illik maliyyə hesabatının təsdiq edilməsi;

- Cəmiyyətin ləğv edilməsi;

- Ləğvetmə Komissiyasının yaradılması və səlahiyyətlərinin müəyyənləşdirilməsi;

- Cəmiyyətin idarəetmə orqanlarının səlahiyyətlərinə xitam verilməsi.

Səhmdarlar yığıncağın gündəliyinə daxil edilmiş məsələlərlə bağlı sənədlərlə həftənin iş günləri saat 10:00-dan 13:00-dək tanış ola bilərlər.

Ümumi yığıncaq Neftçala rayonu, Heydər Əliyev prospekti 1 ünvanında keçiriləcək.

“Neftçala Balıq-Əmtəə” ASC-nin (VÖEN: 6500101981) İdarə Heyətinin sədri E.Məmmədovdur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью