Azərbaycanın bank sektorunun aktivləri 8% artıb

27.11.2024

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin noyabr ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 49 mlrd. 697 mln. manat təşkil edib.

Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 3 milyard 551 milyon manat və ya 7,7% artıb. 

Belə ki, 1 noyabr 2023 tarixinə ölkə banklarının cəmi aktivləri 46 mlrd. 146 mln. manat olub.

Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 43,254 mln. manat (7,5% artıb), balans kapitalı 6,443 mln. manat (9% artıb) olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью