Azərbaycanın baş konsulu səlahiyyət müddətini başa vurdu Geri çağırılacaq

10.07.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Zamin Əliyevin səlahiyyət müddəti başa çatıb.
Modern.az xəbər verir ki, təxminən 2 il Qarsda Azərbaycanın Baş konsulu vəzifəsində çalışan Zamin Əliyev səlahiyyət müddətinin başa çatması ilə əlaqədar İğdıra vida səfəri edib.

Zamin Əliyev İğdırda jurnalistlərlə görüşüb.

Xatırladaq ki, Zamin Əliyev 18 noyabr 2024-cü il tarixində Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilmişdi.
Zamin Məmməd oğlu Əliyev 8 oktyabr 1979-cu ildə Ağdam rayonunda anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə magistraturasını bitirib.

2001-2005-ci illərdə Azərbaycan  Xarici İşlər Nazirliyinin Birinci qərb ərazi idarəsinin referenti, attaşesi olub.

2005-2008-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin attaşesi, üçüncü katibi işləyib.

2008-2011-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin üçüncü katibi, ikinci katibi vəzifələrini tutub.

2011-2017-ci illərdə Türk Dövlətləri Təşkilatının layihə direktoru olub.

2017-2024-cü illərdə Azərbaycan  Respublikası Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində birinci katib, şöbə müdiri, rəis müavini işləyib.

18 noyabr 2024-cü il tarixində Qarsa baş konsul göndərilib.                                                           

Türk, ingilis və rus dillərini bilir.
A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью