Azərbaycanın Baş naziri Gürcüstanda

30.10.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Baş nazir Əli Əsədov Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 11-ci iclasında iştirak etmək üçün oktyabrın 29-da Gürcüstana gəlib.

Oktyabrın 30-da Siqnaxidə Əli Əsədov və İrakli Kobaxidzenin həmsədrliyi ilə Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

Komissiyanın iclasında iki ölkə arasında iqtisadi, ticari, nəqliyyat, energetika, logistika, eləcə də mədəni və humanitar sahələrə dair məsələlərin müzakirəsi nəzərdə tutulub. İclasın sonunda yekun sənəd imzalanacaq. Həmçinin Baş nazirlərin təkbətək görüşü nəzərdə tutulub.

Azərbaycan Hökumətinin başçısı Tbilisidə bəzi sosial obyektlərin açılışında da iştirak edəcək.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью