Azərbaycanın basketbol millisi Bakıda Latviya yığması ilə qarşılaşacaq | Icma.az
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 27 may, AZƏRTAC Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində növbəti oyununa çıxacaq.AZƏRTAC xəbər verir ki, Raşa Deliçin rəhbərlik etdiyi yığma 1/4 finalda Latviya seçməsi ilə üz-üzə gələcək.Qarşılaşma saat 18:15-də start götürəcək.Qeyd edək ki, milli komanda qrupdakı ilk oyununda Niderland yığmasına 13:19 hesabı ilə məğlub olub, ikinci görüşdə isə Çexiyanın “Praqa” klubuna 16:12 hesabı ilə qalib gələrək qrup ikincisi kimi adını turnirin 1/4 final mərhələsinə yazdırıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu