Azərbaycanın basketbol millisi bu gün Kosovo ilə üz üzə gələcək

20.02.2025

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.

"Report"un məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv səfərdə Kosovo ilə üz-üzə gələcək.

A qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Yığma fevralın 23-də Bakıda İrlandiyanı qəbul edəcək.

Qeyd edək ki, İsveçrə 8 xalla qrupda liderdir. İrlandiya 6 xalla ikinci, Azərbaycan yığması 5 xalla üçüncüdür. Eyni xala malik Kosovo dördüncü pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью