Azərbaycanın basketbol millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək

24.11.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv evdə İsveçrə ilə üz-üzə gələcək.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 14:00-da start götürəcək.

Üç qarşılaşmadan sonra yığmamız 4 xalla dördüncü sırada qərarlaşıb. Lider İsveçrə isə 6 xala malikdir.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью