Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimləri fiziki testdən uğurla keçiblər.
Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasından (ABF) məlumat verilib.
Referilər mövsümün ortasında keçirilən qaçış testini uğurla tamamlayaraq yay mövsümündə FIBA turnirlərində iştirak etmək hüququ qazanıblar.
Test FİBA-nın Azərbaycandakı milli təlimçisi Ələkbər Həsənov tərəfindən keçirilib.
Qeyd edək ki, testə ABF-nin müxtəlif liqalarında fəaliyyət göstərən hakimlər də cəlb olunublar.