Azərbaycanın beynəlxalq dərəcəli hakimi təyinat alıb

18.11.2024

Icma.az, Olke.az saytına istinadən bildirir.

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Federasiyadan Ölkə.az-a verilən məlumata görə, referi noyabrın 19-da Sloveniyanın Kamnik şəhərində keçiriləcək CEV kubokunun 1/16 final matçını idarə edəcək.

O, kişi voleybolçulardan ibarət “Kalkit Kamnik” (Sloveniya) və “Benfika” (Portuqaliya) komandalarının qarşılaşmasında ikinci hakim olacaq. Birinci hakim funksiyasını isə Bosniya və Herseqovinadan olan Yasmin Huseynoviç yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Portuqaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью