Azərbaycanın beynəlxalq dərəcəli hakiminspektoru Türkiyə millisinin oyununa təyinat alıb AZƏRTAC

02.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli yeni təyinat alıb.

Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, AVRO-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə - Polşa matçının hakim-inspektoru olacaq.

Dekabrın 17-də Ərzurum şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью