Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri təyinat alıblar | Icma.az
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları təyinat alıblar.
"Report" xəbər verir ki, bu barədə Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Azərbaycan təmsilçiləri kişi həndbolçular arasında EHF Kubokunun 1/8 finalında Yunanıstanın “AEK” və Sloveniyanın “MRK Krka” komandalarının görüşlərini idarə edəcəklər.
Qarşılaşmalar fevralın 15-16-da Yunanıstanda keçiriləcək. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu