Azərbaycanın beynəlxalq əlaqələri genişlənir

23.02.2025

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Azərbaycan Respublikasının beynəlxalq nüfuzu daim yüksəlməkdədir. Artıq bir neçə Afrika ölkəsinin prezidentləri də Azərbaycana gəlib. Bu, 2024-cü il fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfəri çərçivəsində keçirilən müzakirələrdə bir daha özünü göstərdi.
Azərbaycan prezidenti Afrika ölkələri ilə əlaqələrin əhəmiyyətini qeyd edərək beynəlxalq təşkilatlar vasitəsilə qarşılıqlı dəstəyin bundan sonra da davam edəcəyini bildirib və hər iki ölkə üçün arxalanacağı tərəfdaşlara və dostlara malik olmağın vacibliyini diqqətə çatdırıb. O deyib:"Təbii ki, tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Bilirəm ki, xarici işlər nazirlərimiz çox tədbirlərdə görüşərək həmin məsələləri müzakirə ediblər. Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir”.
Qafar Əliyev, YAP Qaradağ rayon təşkilatının sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью