Azərbaycanın beynəlxalq yükdaşıma şirkətləri ilə fəaliyyətinin səmərəliliyi müzakirə edilib

29.01.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın beynəlxalq yükdaşıma üzrə şirkətləri ilə fəaliyyətin daha səmərəli təşkili istiqamətində atılacaq addımlar müzakirə edilib.

525.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma həyata keçirən daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirdik. Görüş zamanı beynəlxalq daşımalar sahəsində mövcud vəziyyət, daşıyıcıların beynəlxalq bazarlarda iştirakının artırılması istiqamətində görülən tədbirlər barədə fikir mübadiləsi apardıq", – deyə nazir qeyd edib.

R.Nəbiyev eyni zamanda daşıyıcıların təkliflərinin dinlədildiyini diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью