Azərbaycanın bir neçə rayonunda qaz kəsildi

24.11.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

Bu gün saat 10:00-dan etibarən "Tbilisi prospekti" ölçü qovşağının girişində yaranmış sızmanın ləğv edilməsi məqsədilə qaz təchizatı dayandırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Bakının Binəqədi rayonunun 6, 7 və 9-cu mikrorayonlarının, Motodrom, Varovski və Xutor yaşayış massivlərinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsinin bir hissəsinin, Y.Hüseynov, X.Natavan, Q.Süleymanov, T.Şevçenko, L.Tolstoy, Ə.Qasımov, R.İsmayılov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью