Azərbaycanın biznes nümayəndə heyəti Saratova səfər edəcək AZƏRTAC

25.11.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskva, 25 noyabr, AZƏRTAC

Azərbaycanın biznes nümayəndə heyəti Rusiyanın Saratov vilayətinə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, dekabrın 10-da Azərbaycan nümayəndə heyəti regional şirkətlərlə danışıqların aparılması və gələcəkdə ixrac müqavilələrinin bağlanması məqsədi ilə əks biznes missiyası çərçivəsində Saratov vilayətinə səfər edəcəkdir. Tədbir İqtisadi İnkişaf Nazirliyi və Regional Ticarət və Sənaye Palatasının dəstəyi ilə Rusiya İxraca Dəstək Mərkəzi tərəfindən “Beynəlxalq Əməkdaşlıq və İxrac” və “Kiçik və Orta sahibkarlıq” milli layihələri çərçivəsində təşkil olunur.

Görüşdə Azərbaycan bazarına çıxmaqda maraqlı olan Saratov şirkətləri iştirak edəcək. Regiondakı sahibkarlarla azərbaycanlı tərəfdaşlar arasında danışıqlar təşkil olunacaq, Saratov müəssisələrinin istehsal sahələrinə səfərlər də həyata keçiriləcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью