Azərbaycanın boks milliləri təlim məşq toplanışına başlayıblar

20.02.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 fevral, AZƏRTAC

Boks üzrə gənc oğlan və qızlardan ibarət Azərbaycan milliləri yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, hər 2 komanda hazırlığı Bakıda keçir.

Məşqçilər korpusu toplanışa U-19 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib.

Qeyd edək ki, hazırlıq martın 1-də yekunlaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью