Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

25.07.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Qız boksçulardan ibarət Azərbaycan milli komandaları Türkiyəyə yollanıblar.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmalarımız iyulun 25-dən avqustun 4-dək Kastamonuda təlim-məşq toplanışında olacaqlar.

Məşqçilər korpusu hazırlığa 2 yaş kateqoriyası üzrə 10 boksçunu cəlb ediblər.

Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış U-17 və U-19 üzrə Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır.

Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью