Azərbaycanın boks millisi Polşa ilə yoldaşlıq görüşü keçirəcək

13.11.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 13 noyabr, AZƏRTAC

Kişi boksçulardan ibarət Azərbaycan millisi Polşaya yollanıb.

Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, komanda noyabrın 15-də Krakovda boks gecəsinə qatılacaq.

Boksçular Polşada yerli yığma ilə yoldaşlıq görüşünə çıxacaq. Məşqçilər Etibar Abdullayevlə Ceyhun Əbiyev döyüşlərdə Nicat Hüseynov, Kənan Babayev (hər ikisi 55 kiloqram), Məhəmmədəli Aşurəliyev (60 kiloqram), Malik Həsənov (65 kiloqram), Mehdi Həsənov (70 kiloqram), Şəmsi Şahbazov (75 kiloqram), Surət Qarayev (85 kiloqram), Alfonso Dominqes (90 kiloqram) və Məhəmməd Abdullayevə (+90 kiloqram) şans verəcəklər.

Qeyd edək ki, millimiz Bakıya noyabrın 18-də qayıdacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью