Azərbaycanın boks yığması ilin ilk təlim məşq toplanışına start verib

02.02.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 fevral, AZƏRTAC

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığa Bakıda başlayıb.

Məşqçilər korpusu toplanışa Azərbaycan çempionatının bütün mükafatçılarını cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq fevralın 20-də yekunlaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью