Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

14.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatında medallara görə komandaların yerləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın oğlan boksçularından ibarət millisi cədvəldə üçüncü yeri tutub. Yığmamız buna 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmaqla nail olub. Millimiz oğlan və qızların ümumi komanda hesabında isə dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan boksçuları Avropa çempionatında ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc medala yiyələniblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью