Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçu oğlanların seçiminə start verir.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.
Bildirilib ki, seçimlər Bakıda və bölgələrdə fəaliyyət göstərən Regional Voleybol Klublarında məşq edən 2012-2013-cü il təvəllüdlü oğlanlar arasında keçiriləcək.
Yeniyetmə və gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasi tərəfindən aparılacaq seçimlərdə fərqlənən voleybolçular yeniyetmə və gənc milli komandalara cəlb olunacaqlar.
Seçimlər Sumqayıtda (14 fevral), Şərqi Zəngəzurda (15 fevral), Bakıda (21 fevral), Şəkidə (22 fevral), Tovuzda (28 fevral), Gəncədə (1 mart) və Naxçıvanda (7 mart) baş tutacaq.