Azərbaycanın Böyük Britaniyadakı səfirinə Sabah dan xüsusi hədiyyə

15.07.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Sabah" futbol klubunun rəhbərliyi Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovla görüşüb.

Fanat.Az xəbər verir ki, görüş "Sabah"ın Çempionlar Liqası çərçivəsində Uels təmsilçisi TNS klubu ilə səfərdə keçirdiyi və 2:1 hesablı qələbə qazandığı matçdan sonra baş tutub.

Görüş zamanı paytaxt təmsilçisinin prezidenti Maqsud Adıgözəlov səfir Elin Süleymanova üzərində adı və 10 nömrəsi həkk olunmuş xüsusi "Sabah" formasını təqdim edib.

Diplomat öz növbəsində komandanı qələbə münasibətilə təbrik edib və onlara növbəti mərhələlərdə uğurlar arzulayıb.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью