Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb

10.08.2026

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Böyük Britaniyanın ticarət dövriyyəsi 2026-cı ilin yanvar-iyun aylarında 3 milyard 621 milyon 991 min dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 960 milyon 781 min dollar və ya 35,5 dəfə çoxdur. 

Hesabat dövründə Azərbaycan Böyük Britaniyaya 3 milyard 475 milyon 261 min dollarlıq məhsul ixrac edib. Bu da illik müqayisədə 3 milyard 331 milyon 120 min dollar və ya 24,1 dəfə çoxdur. Böyük Britaniyadan idxal isə 370 milyon 338 min manat və ya 71,6% azalaraq 146,7 milyon manata enib.

Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 661 milyon 210 min dollar dəyərində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью