Azərbaycanın bu bölgələrinə yağış yağır

05.04.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Globalinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Belə ki, Naxçıvan, Culfa, Ordubad və Astarada arabir yağış yağır. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Şahdağda 20, Kəlbəcərdə isə 16 m/s-yə çatır.

Göygöl, Qax və Lerikdə duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 19, Naxçıvan MR-da 20, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью