Azərbaycanın bu bölgəsinə güclü qar yağır VİDEO

20.01.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gecədən başlayaraq Şimal-qərb bölgəsinə qar yağıb. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Qaxın İlisu, Sarıbaş kəndinə güclü qar yağmağa başlayıb. 
Hazırda yağmaqda davam edən qarın qalınlığı İlisu kəndində 5 sm, Sarıbaş kəndinə isə 5-8 sm təşkil edir. Qarın yağması nəticəsində kəndin ərazisində avtomobil yolları qarla örtülüb. 

Leyla Vəfadarqızı, Bizim.Media, Aran bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью