Azərbaycanın bu il və növbəti il üçün iqtisadi artım proqnozları açıqlanıb

04.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycanda iqtisadi artımın (ÜDM) bu il 2,4 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının 4 faiz olacağı proqnozlaşdılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, 2027-ci ildə isə ölkədə iqtisadi artımın 2,9 və qeyri-neft-qaz sektoru üzrə artımın isə 4,3 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью