Azərbaycanın bu iqtisadi rayonlarında pensiyaçıların sayı daha çoxdur | Icma.az
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az 2024-cü il oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1098,5 min nəfər pensiyaçı qeydiyyatda olub.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
Məlumata görə, onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Bu dövrdə pensiyaçıların sayı Bakı şəhəri üzrə 385505 nəfər olub.
İqtisadi rayonlar üzrə pensiyaçıların sayı isə belə olub: İqtisadi rayonlar Pensiyaçıların sayı (nəfər) Naxçıvan Muxtar Respublikası 46581 Abşeron-Xızı iqtisadi rayonu 56115 Dağlıq Şirvan iqtisadi rayonu 31011 Gəncə-Daşkəsən iqtisadi rayonu 59779 Qarabağ iqtisadi rayonu 63143 Qazax-Tovuz iqtisadi rayonu 65561 Quba-Xaçmaz iqtisadi rayonu 48212 Lənkəran-Astara iqtisadi rayonu 86063 Mərkəzi Aran iqtisadi rayonu 71813 Mil-Muğan iqtisadi rayonu 47560 Şəki-Zaqatala iqtisadi rayonu 65442 Şərqi Zəngəzur iqtisadi rayonu 26557 Şirvan-Salyan iqtisadi rayonu 45189 Ən sərfəli kredit üçün müraciət et Bizi sosial şəbəkələrdən izləyin!!
Facebook Instagram Telegram Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu