Azərbaycanın bu məşhur restoranının sahibi vəfat etdi FOTO

25.12.2024

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin sabiq deputatı Fərhad Qəribov vəfat edib.

Manset.az xəbər verir ki, 72 yaşlı eks-millət vəkili Bakıda dünyasını dəyişib.

Sabiq deputat bu gün Kürdəmir rayonunda dəfn ediləcək.

Qeyd edək ki, deputat seçilməzdən əvvəl uzun müddət meliorasiya sahəsində çalışmış F.Qəribov müstəqillik illərində biznes fəaliyyəti ilə məşğul olub. O, illər əvvəl lisenziyası ləğv edilmiş “Debutbank”ın və bir neçə digər iri kommersiya müəssisələrinin sahibi idi.

F.Qəribov parlamentin 3-cü və 4-cü çağırış (2005-2015) deputatı olub.

Manset.az-ın əldə etdiyi məlumata görə,  Fərhad Qəribov məşhur "Şəki Qala" restoranının sahibi idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью