Azərbaycanın bu ölkədəki səfirliyi iki gün işləməyəcək

05.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyinin X sosial şəbəkə hesabında elan yayılıb.

"8 Noyabr - Zəfər Günü və 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, 09.11.2026-10.11.2026-cı il tarixlərində Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi və Konsulluq Bölməsi fəaliyyət göstərməyəcək", - məlumatda bildirilib

Elanda Konsulluq bölməsinin qaynar xətt nömrəsi qeyd olunub: 55 1190 7092

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью