Azərbaycanın bu ölkələrdəki diplomatik nümayəndəlikləri İŞLƏMİR

09.12.2024

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın hazırda fəaliyyət göstərməyən diplomatik nümayəndəlikləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Diplomatik xidmət haqqında” qanun layihəsinin müzakirəsində komitə sədri Səməd Seyidov məlumat verib.

“Bu gün 88 diplomatik nümayəndəliyimiz var. Hazırda Azərbaycanın Liviya və Suriyadakı səfirlikləri, həmçinin Odessadakı baş konsulluğu fəaliyyət göstərmir”, - deyə Səməd Seyidov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью