Azərbaycanın bu qədər müəllimə ehtiyacı yoxdur... AÇIQLAMA

21.11.2025

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu planlaşdırılan bir məsələ idi. Çünki hazırda Azərbaycanda məzun olan müəllim namizədlərinin sayı ehtiyacdan xeyli çoxdur.Yəni Azərbaycanın 4–5 il sonra 60 min müəllimə ehtiyacı yoxdur. Ona görə də müəllim yerlərinin azaldılması planlı iqtisadiyyatın yanaşmasına uyğun bir addımdır. Sovet dövründə bu məsələ xüsusi diqqətdə saxlanılırdı: neçə ildən sonra nə qədər müəllim lazım olacağı planlaşdırılırdı və məzun edənlərin hamısı təyinat alırdı".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib. 
"90-cı illərdən etibarən isə məzun olan müəllimlərin sayı artdı və onların çoxu müxtəlif yollarla məktəblərdə iş tapdı. Hətta belə bir fikir formalaşdı ki, “biz məzun olmuşuqsa, Təhsil Nazirliyi bizi işə yerləşdirməlidir”. Bu 30 il ərzində ehtiyac olub-olmamasından asılı olmayaraq məktəblərə çoxlu müəllim qəbul edildi".
O bildirib ki, 2000–2015-ci illərə gəldikdə isə artıq müəllim sayının ehtiyacdan çox olduğu aydın göründü:
"Bir məktəbdə bir ibtidai sinif olduğu halda 2–3 müəllimin işləməsi nəticəsində dərs saatları bölündü. Bir müəllimə tam iş yükü vermək mümkün olmadığından dərs saatları yarı və ya üçdə bir həcmində paylanmalı oldu. Bu isə müəllimlərin məvacibdən şikayətinə səbəb idi. Göstərdikləri xidmətlə aldıqları əmək haqqı uyğun olsa da, daha çox qazanmaq istəyirdilər. Lakin bunun üçün kifayət qədər dərs saatı yox idi.
Nəticədə planlı iqtisadiyyat təcrübəsinə uyğun olaraq Təhsil Nazirliyi plan yerlərinin azaldılmasını nəzərə aldı. Bu, keçmişə qayıdış deyil, sadəcə tələb olmayan ixtisasa həddindən artıq müraciətin qarşısını almaq üçün atılmış düzgün addımdır. Çünki tələbat yoxdursa, bu qədər yüksək sayda namizəd hazırlamağa ehtiyac yoxdur".
Qeyd edək ki, Təhsil Nazirliyi gələn ildən pedaqoji ixtisaslara plan yerlərinin azaldılmasını nəzərdə tutur. 
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью