Azərbaycanın çay idxalı ixracından 12 dəfə çox olub

27.11.2026

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 6 milyon 118 min ABŞ dolları dəyərində 692 ton çay ixrac edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın çay ixracı fiziki həcm ifadəsində 96 ton və ya 16,1%, dəyər ifadəsində isə 665 min dollar və ya 12,2% artıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 5 milyon 453 min dollar dəyərində 596 ton çay ixrac olunmuşdu.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bununla yanaşı, ixrac olunan çayın orta statistik vahid dəyərində azalma qeydə alınıb.

Marja.az-ın hesablamalarına görə, ixrac olunan çayın bir tonunun orta statistik dəyəri 9 min 149 dollardan 8 min 842 dollara düşüb. Bu, təxminən 3,4% azalma deməkdir.

AZƏRBAYCANIN ÇAY İDXALI İXRACINI ÜSTƏLƏYİB

2026-cı ilin ilk 10 ayında Azərbaycana 74 milyon 637 min dollar dəyərində 12 min 612 ton çay idxal olunub. Beləliklə, Azərbaycanın çay idxalının dəyəri çay ixracının dəyərindən 12,2 dəfə çox olub. Hesabat dövründə Azərbaycanın çay üzrə xarici ticarətində 68 milyon 519 min dollar mənfi saldo yaranıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью