Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir. COP29-un Azərbaycanda keçirilməsi tarixi hadisədir.
Bu tədbirin ətrafında nə qədər qarayaxma kampaniyaları aparılsa da, prosesi pozmaq mümkün olmadı.
Çünki COP29 miqyasına, təsir imkanlarına görə, dünyada böyük əks səda yaratdı.
Faktiki olaraq Azərbaycan dünyaya məhz bu tədbir kontekstində növbəti dəfə başqa bir tərzdə, rakursda, güc sahibi olan ölkə kimi təqdim edildi.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
“Müasir dünyada bir çox ölkələrin səsi eşidilmir, onların mövqeyi nəzərə alınmır. Demək olar ki, 200-ə yaxın ölkəyə belə bir yanaşma var.
Hətta onlara qarşı müstəmləkə siyasəti səviyyəsində mövqe sərgilənir”, - deyə komitə sədri söyləyib.
Seyidov hesab edir ki, indiki halda Azərbaycanın səsi eşidilir və mövqeyi dinlənilir: “Bu çox çətin və bir çox ölkəyə nəsib olan anlayış deyil.