Azərbaycanın D8 ə üzvlüyündə Türkiyənin davamlı dəstəyi olub Nazir

18.01.2025

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Görüşlər zamanı regional təhlükəsizlik məsələləri, Suriya məsələsi, Türkiyənin dəstəyi müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də Bakıda türkiyəli həmkarı Hakan Fidan ilə birgə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüüşdə İsrail-Fələstin münaqişəsi fonunda girovlara dair razılaşmanın sabahdan qüvvəyə minməsi müzakirə edilib.

"Ümid edirik ki, Yaxın Şərqdə razılaşma bütün tərəflər üçün uğurlu olacaq",- XİN rəhbəri qeyd edib.

Ceyhun Bayramov deyib ki, Azərbaycanın ötən ay D8-ə üzv qəbulu prosesində Türkiyənin davamlı dəstəyi olub: “Buna görə də qardaşım Hakan Fidana təşəkkürümü bildirdim”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью